Əsas məzmuna keç

MÜDAFİƏ NAZİRLİYİNİN EHTİYACLARI ÜÇÜN DÖVLƏT MÜQAVİLƏSİ İLƏ AYRILMIŞ PULLARI MƏNİMSƏYƏN ŞƏXS TUTULDU

Moskvada məhkəmə Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün dövlət müqaviləsi ilə ayrılmış pulları oğurlayan Vladimir İvanovu həbs edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

V.İvanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (“Dələduzluq”) ilə ittiham olunur. İş 22 avqust 2023-cü ildə başlanıb. İşin hansı dövlət müqaviləsi ilə bağlı olduğu açıqlanmır.

Agentliyin məlumatına görə, İvanovun vəkilləri azadlıqdan məhrum etmə ilə bağlı həbs qətimkan tədbirinin seçilməməsini istəyiblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…