Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu barədə tezadlar.az-a övladı adı çəkilən liseydə oxuyan valideynlərdən biri yazıb. Əslində, belə də olmalı idi və direktor şagird və müəllimlərinin mühafizəsini başlı-başına buraxıbsa, hətta məsuliyyətə də cəlb edilməlidir…
***
Bakıda “İdrak” liseyində müəllimin güllələnməsi faktı ilə bağlı məlumat vermişdik. Tezadlar.az xatırladır ki, hadisə ilə bağlı artıq Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.
Bəlli olur ki, bu əlitüfəngli şagird hansısa Komxoz rəisinin oğludur. Deməli, evdə harın tərbiyə verilib… İndi digər valideynlər neyləsin, uşaqlarını məktəbə “oxran”a ilə göndərsin, yaxud “bronjilet” geyindirib göndərsinlər ki, birdən əlisilahlı şagirdin biri də peyda olar?!
Qısası, “İdrak”dakı hadisəyə görə liseyin direktoru işdən kənarlaşdırmalıdır və şagird və müəllimlərinin təhlükəsizliyini sinifdə-liseyin içində təşkil edə bilməyibsə, o, vəzifəsindən kənarlaşdırılmalıdır. Yüksək məbləğdə təhsil haqqı tələb edən özəl məktəblərdə elementar mühafizə sistemi yoxdurmu ki, şagird əlində silah məktəbə daxil olur, sonra da müəllimini güllələyir? Buna nə ad vermək olar???
SƏBUHİ
P.S. “İdrak” Liseyinin rəsmi saytı hazırda bağlanıb… Yəni, ERROR verir. Lakin digər mənbələrdə oxuyuruq: “Lisey professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində yaradılıb, 2014-cü ildə isə Bakı filialı fəaliyyətə başlayıb. Yazılır ki, ümumi orta məktəb təhsili 3 pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda, liseydə məktəbəqədər təhsil tədris olunur. Tədris 3 dildə – Azərbaycan, rus, ingilis (İB-Beynəlxalq Bakalavr) proqramı ilə təşkil olunur. Guya valideynlər saat 9:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını izləmək imkanına malikdirlər. Şagirdlər gün ərzində 2 dəfə sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunan yeməkxanada qida ilə təmin olunurlar. Liseyin fasiləsiz olaraq hansısa mühafizə şirkətinin əməkdaşları tərəfindən mühafizə olunduğu deyilir. Kənar şəxslərin binaya girişi guya qəti qadağandır. Və, nəhayət, İdrak Liseyinin təsisçisi Mönsüm Ədil oğlu Alışov, direktoru isə Natəvan Üzeyim qızı Alışovadır“.

Yaxşı, əgər “…Liseyin fasiləsiz olaraq hansısa mühafizə şirkətinin əməkdaşları tərəfindən mühafizə olunursa və kənar şəxslərin binaya girişi guya qəti qadağandırsa…”, bəs bu şagird o boyda silahı binaya necə keçirib və hardan əldə edib???