MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bakı, Sumqayıt və Abşeronda yaşayan yüzlərlə müəllim hər gün saat 6:00-da evdən çıxır, 8:00-da dərsə çatır, axşam 5-6-da dərsdən çıxıb 9-10-da güclə evə qayıdır.Onların çoxu qadınlardır — ailəsi, uşağı, xəstəsi olan insanlar.Bu müəllimlər artıq 10-12 saat evdən uzaqdadırlar. Əgər “iş saatına görə maaş” tətbiq edilərsə, onda bu insanlar sanki gecəni də məktəbdə keçirməlidir. Bəs bu qərarı verənlər bu insanları tanıyırmı?
Onlardan bircə nəfər belə bu reallığı soruşubmu? Yoxsa yenə “nə olacaqsa, olacaq” prinsipi ilə, qaş düzəldərkən göz çıxaracağıq?Əslində bu, tək maaş məsələsi deyil — idarəetmə fəlsəfəsi problemidir.Təhsil siyasəti statistikaya, cədvəllərə və “effektivlik göstəricilərinə” deyil, insanın həyat ritminə əsaslanmalıdır. Əgər müəllimin rifahı təmin olunmursa, heç bir proqram, strategiya və ya “konsepsiya” onu əvəz edə bilməz.
Bu tip qərarlar mütləq şəkildə ekspertlərlə, məktəb direktorları və müəllim birlikləri ilə müzakirə edilməlidir.