Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müğənni Rəqsanə İsmayılova yenidən əməliyyat olunacaq.
Tezadlar.az xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan ifaçı plastik əməliyyat etdirəcəyini bildirib. O, hazırda həkim seçimi etdiyini bildirib:
“Göz qapağı əməliyyatı etdirmişəm. İndi üzümdə əməliyyat etditmək istəyirəm. Hazırda həkim seçimini edirəm. Üz gərmə etdirmək istəyirəm. Yanağımda gellər var idi. Həssas yerdə olduğu üçün Azərbaycandakı həkimlər onları çıxarmağa qorxduqlarını bildirdilər. Çünki sinirə toxunsanlar iflic, ola bilərdim. Ona görə də yanağımdakı gelləri Türkiyədə çıxartdırdım. İndi üz gərmə etdirəcəyəm”.
Qeyd edək ki, R. İsmayılova bu ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib. Noyabrın 19-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.