Əsas məzmuna keç

Muğlada dəhşətli hadisə baş verib

Türkiyənin Muğla vilayətində 30 yaşlı Mehmet Akkaya ilə onun keçmiş sevgilisi 28 yaşlı Berfin Zelal Kayanın meyitləri tapılıb.

Tezadlar.az xəbər verir  ki, hadisə Menteşe rayonunda Kötekli məhəlləsinin 56-cı küçəsində yerləşən yaşayış binasında baş verib.

Araşdırma zamanı Mehmet Akkayanın təxminən beş ay əvvəl ayrıldığı keçmiş sevgilisi Berfin Zelal Kayanı öldürdükdən sonra eyni silahla həyatına son verdiyi müəyyənləşdirilib. Akkayanın yanında qeydiyyatsız tapança da aşkarlanıb.

Hadisə yerində aparılan araşdırmalardan sonra hər iki şəxsin meyiti yarılma üçün Muğla Məhkəmə-Tibb İnstitutunun morquna aparılıb.

Faktla bağlı araşdırma başladılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…