Son günlər hərbi cinayətlər törətməkdə ittiham edilərək məhkəmə qarşısında dindirilən keçmiş separatçıların müdafiəsi üçün Ermənistanda müdafiəsinə qalxanlar var. Tezadlar.az xatırladır ki, “Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir”,- deyən Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu məsələdə həm separatçıların Ermənistandakı havadarlarına, həm də BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkə cavabında beynəlxalq hüququn tətbiqini anladıb. Sitat: “Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək”.
Dünya ictimaiyyəti isə Qarabağda nələrin törədildiyini yaxşı bilir!
A.Məmmədli