Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

SSRİ Xalq artisti Bülbülün (Murtuza Məmmədov) nəvəsi, Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğlunun oğlu Murtuz Bülbül Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə dirijor təyin olunub.
Tezadlar.az xəbər verir ki, 2001-ci ildə doğulan Murtuza Bülbül musiqi təhsilinə Moskvadakı Bethoven adına Uşaq Musiqi Məktəbində başlayıb.
2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib.