5 Aprel 2025 / 11:20

“Müsəlman Birliyi Hərəkatı”nın həbsdəki üzvünün qohumu saxlanılmayıb

Həbsdə olan “Müsəlman Birliyi Hərəkatı”nın (MBH) üzvü Samir Babayevin yaxın qohumu olan Xəyalə Qurbanovanın Sabunçu RPİ 14-cü Polis Bölməsinə aparılması və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb. Tezadlar.az xatırladır ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov iddiaları təkzib edib. O, bildirib ki, X.Qurbanova hər hansı polis orqanına aparılmayıb, çağırılmayıb, dəvət olunmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!