Əsas məzmuna keç

NəHAYəT, ANTALYADAKı YANğıNı TöRəDəN əLə KEçDI

Türkiyənin məşhur kurort bölgəsi olan Antalyanın Manavqat ərazisində meşə yanğınlarını törətməkdə ittiham olunan şəxs həbs olunub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, adı açıqlanmayan şəxs, dörd gün öncə saxlanılıb. İstintaqın gedişində saxlanılan gənc ittihamları qəbul etməsə də, ona təqdim edilən şəksiz dəlilləri rədd edə bilməyib. Sözügedən gəncin barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri təsdiq olunub.
Xatırladaq ki, əvvəldən bu yanğınların kimlərinsə tərəfindən məqsədli şəkildə törədildiyinə ciddi şübhələr var idi. Odur ki, Türkiyə polisi bu şübhələr fonunda araşdırmalar aparır.
A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…