Əsas məzmuna keç

NƏRİMANOV RAYONUNDA MÜƏSSİSƏLƏRDƏN BİRİ YANIR

Bakıda sexdə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in rəsmi saytına istinadən, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…