Əsas məzmuna keç

NAMƏLUM ŞƏXS MƏKTƏBLİNİN ÜZÜNƏ BİBƏR QAZI VURUB

Bir nəfər məktəbliyə hücum edərək, onun üzünə bibər qazı səpib.

Məlumata görə, hadisə Sankt-Peterburqda Torez prospektində baş verib.

Qeyd olunur ki, evin yaxınlığında 14 yaşlı oğlanla naməlum şəxs arasında münaqişə baş verib.

“Kişi bibər qazını çıxarıb səkkizinci sinif şagirdinin üzünə vurub, sonra maşına minib qaçıb”, – məlumatda bildirilir.

Hadisə qurbanının vəziyyəti barədə məlumat verilmir.

​​​​​​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…