Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Səhiyyə Nazirliyinin bazar günü verdiyi məlumata görə, xəstələr yüksək hərarət, sümük ağrıları, qusma və başgicəllənmədən şikayət edirlər.
Misirdə Qena əyalətinin Əl-Əlikat kəndinin bir qrup sakinində naməlum xəstəliyin əlamətləri aşkarlanıb.
“Şikayətlərin öyrənilməsi üçün profilaktik-tibbi yardım və epidemioloji nəzarət üzrə qruplar göndərilib, xəstələrdən analizlər götürülüb”, – deyə qurumun rəsmi “Facebook” səhifəsində bildirilir.
Misir səhiyyə nazirliyinin məlumatına görə, xəstələrin heç birində xəstəxanaya yerləşdirmə tələb olunmayıb.
“Əl-Əhram” qəzetinin məlumatına görə, səlahiyyətlilər kəndə həkimləri olan 50-yə yaxın avtomobil göndərib, içməli sudan nümunələr götürülüb.
Yerli nəşrlərin istinad etdiyi müxtəlif mənbələrə görə, 200-dən minə qədər kənd sakini naməlum xəstəliyin əlamətlərindən şikayətlənir.
Y.MƏMMƏDLİ