13 Fevral 2026 / 11:04

Nardarandakı bağ evində faciəyə “KOMBİ” səbəb olub-DƏHŞƏT

Xəbər verdiyimiz kimi, dünən iş adamı Rəşad Əliyev Nardaran qəsəbəsindəki evində dəm qazından boğularaq öldüyü hadisə ilə bağlı məlumat vermişdik. Tezadlar.az xəbər verir ki, sən demə, bu dəhşətli hadisəyə səbəb bağ evinin zirzəmisində quraşdırılmış kombi səbəb olub. Belə ki, kombi aparatının yanmış dəm qazını çölə ötürən hissəsində yaranmış nasazlıq səbəbindən dəm qazı zirzəmiyə dolaraq sonradan yataq otağına yayılıb. Nəticədə Rəşad Əliyevlə həyat yoldaşı Dilarə Əliyeva zəhərlənib. R.Əliyev evindəcə vəfat edib. Həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, sağlamlıq durumu nəzarətdədir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!