Türkiyədə məşhurlara qarşı aparılan narkotik maddələrdə istifadə ilə bağlı araşdırma çərçivəsində növbəti əməliyyat keçirilib.
Bu barədə “NTV” telekanalı məlumat yayıb.
Əməliyyat zamanı 15 nəfər saxlanılıb.
Saxlanılanlar arasında aktyor Aras Bulut İynemli, müğənni Sefo (Seyfullah Sağır), aktrisa Melis Sezen, aktrisa Nilperi Şahinkaya, Hande Demir, keçmiş futbolçu Hasan Şaş, aktrisa Melis İşiten, aktrisa Yeliz Yeşilçimen, müğənni Anıl Durmuş, aktrisa Hazal Filiz Küçükköse, Volkan Akçıraş, Zeynep Akçıraş, Eda Güzellik, Sezer Çakır və Sayat Zurnacı var.
Bakıköy Baş Prokurorluğu aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni kimi tanınan şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etməsi, narkotik maddələrdən istifadəyə şərait yaratması və ya bunun üçün yer təmin etməsi ilə bağlı əsaslı şübhəni təsdiqləyən sübutların əldə edildiyini açıqlayıb.
Yeni sübutlar əsasında bu gün İstanbulda 18 şübhəlinin saxlanılması barədə qərar çıxarılıb.
Narkotik əməliyyatları çərçivəsində saxlanılan şəxslər əvvəlcə xəstəxanada tibbi müayinədən keçirilir.
Daha sonra polis müşayiəti ilə narkoloji müayinə üçün aidiyyəti tibb qurumuna yönləndiriliblər.







