Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Dekabr 2025 / 09:20

NATO daxilində fikir ayrılıqları ortaya çıxıb

Şimali Atlantika Alyansı daxilində Avropa və ABŞ-ın Rusiya ilə münasibətlərdə fərqli mövqeləri səbəbindən fikir ayrılıqları yaranıb.

Tezadlar.az bildirir ki, TASS-ın məlumatına görə, bu açıqlamanı Macarıstanın Baş naziri Viktor Orban verib.

NATO-nun baş katibi Mark Ruttenin avropalıların müharibəyə hazırlaşmalı olduqları barədə açıqlamasına münasibət bildirən Orban, ABŞ-ın əks ritorika tutduğunu vurğulayıb.

O, NATO-nun əsas üzvlərinin açıqlamalarındakı ziddiyyəti qeyd edərək, “Amerika sülh, Avropa isə müharibə istəyir” deyib.

Bundan əvvəl “Unherd” nəşri NATO baş katibini Rusiya ilə müharibəyə hazırlaşmaq çağırışına görə lağa qoymuşdu. Məqalədə Ruttenin Moskva ilə hərbi qarşıdurmanın mümkünlüyünə həqiqətən inanmadığına ümid ifadə olunub.

11 dekabrda NATO-nun baş katibi avropalıların “babaları və ulu babaları” kimi müharibəyə hazırlaşmalı olduqlarını bildirib. O, həmçinin Avropanı müdafiə xərclərini artırmağa çağırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!