Əsas məzmuna keç

NATO-NUN HƏRBİ RƏHBƏRİ RUSİYA İLƏ MÜHARİBƏYƏ HAZIRLAŞMAĞA ÇAĞIRIB

NATO yaxın iki onillikdə Rusiya ilə müharibəyə hazırlaşmalıdır.

“The Daily Telegraph” xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri Rob Bauer yanvarın 17-18-də alyansa üzv ölkələrin və İsveçin Baş Qərargah rəislərinin görüşündən sonra jurnalistlərə deyib.

“Biz başa düşməliyik ki, bizim sülh içində olduğumuz faktı verilməyib. Və buna görə də biz (NATO qüvvələri) Rusiya ilə münaqişəyə hazırlaşırıq”.

Onun sözlərinə görə, blok “tam spektrə (təhlükələrə) daha çox hazır olmalıdır”.

“Müharibə baş verərsə, daha çox insanın xidmətə çağırılmasına imkan verən bir sistem də hazırlanmalıdır”, – o deyib.

Münaqişəyə hazırlaşmaq, NATO hərbi komitəsinin rəhbərinin qeyd etdiyi kimi, həm də “kifayət qədər tez silah və sursat istehsal edə bilən sənaye bazasına güvənmək qabiliyyətinin” yaradılmasını tələb edir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…