Əsas məzmuna keç

NATO UKRAYNA İLƏ BAĞLI TEZLİKLƏ DANIŞIQLARA EHTİYAC OLDUĞUNU ETİRAF ETDİ

NATO “qeyri-sabit vəziyyət” səbəbindən Ukrayna ilə bağlı təcili danışıqlara ehtiyac olduğunu etiraf edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Avropa ölkələri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla mümkün danışıqlarda faydalı olduqlarını nümayiş etdirmək üçün bu məsələni müzakirə etməyə başlayıblar.

Bundan əvvəl məlum olub ki, Ukrayna yaxın vaxtlarda Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etməyi planlaşdırır. Amerikanın “The Wall Street Journal” (WSJ) qəzetinin mənbələrinə görə, Kiyev Moskva ilə müvəqqəti barışıq deyil, “davamlı sülh” təmin etmək şərti ilə saziş bağlamağa razı ola bilər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…