Polşa prezidenti Karol Navrotski ölkəsinin G20-yə daxil edilməsinə çağırıb.
Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
BMT Baş Assambleyasındakı çıxışı zamanı Navrotski Polşanın qrupa qoşulmağa hazır olduğunu bildirib. O, həmçinin əlavə edib ki, Varşava Mərkəzi Avropanın nümayəndəsi ola bilər.
“2023-cü ildə Afrika İttifaqı G20-yə qəbul edildi. Bu, düzgün qərar idi. Bu, Afrika qitəsinin səsini gücləndirdi. İndi bu forumda olmayan Mərkəzi Avropanın səsini eşitməyin vaxtı gəlib çatıb. Bu gün Polşa dünyanın 20-ci ən böyük iqtisadiyyatıdır. Polşa bu regionun səsi olmağa hazırdır”, – deyə o bildirib.
Daha əvvəl Navrotski Polşadakı hərbi bazaya Donald Trampın adı verilə biləcəyini bildirmişdi.
ELBAR







