Əsas məzmuna keç

“Naxçıvan Duz İstehsalı” audit üçün kotirovka sorğusu elan edib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə məxsus “Naxçıvan Duz İstehsalı” MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Tezadlar.az xəbər verir ki, sorğuda iştirak haqqı 12 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 7-nə qədər şirkətin yerləşdiyi Kəngərli rayonu, Böyükdüz kəndi, Duzdağ Mədən ərazisinə təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 7-də, saat 15:30-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi “Financial Reporting Center” MMC olub. Şirkətə 2 950 manat ödənilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…