Əsas məzmuna keç

NAXÇIVAN İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ YENƏ ATƏŞƏ TUTULDU

Avqustun 21-i saat 12:30-dan 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin internet saytına istinadən məlumata görə, cavab atəşilə qarşı tərəf susdurulub.

Qeyd edək ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…