29 Sentyabr 2024 / 08:21

NAXÇIVAN İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULUB

Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Tezadlar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!