Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılmışdır.
Bu barədə Tezadlar.az-a Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən məlumat verilib.
“Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır. Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq”, – məlumatda qeyd edilib.







