Naxçıvanda eyni sinfin 3 məzunu BANM-ə qəbul olub.
Bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“Naxçıvan şəhəri, H. Cavid adına 5 nömrəli tam orta məktəbin 11 “a” sinfinin məzunları Alsu Abdullayeva, Cabbar İbrahimov və Tayfun İmanlı BANM tələbəsi adını qazanıblar.
Onların topladıqları bal və qəbul olduqları ixtisaslar:
Alsu Abdullayeva – 651,3 bal, Kompüter elmləri;
Cabbar İbrahimov – 615,7 bal, Biznesin idarə olunması;
Tayfun İmanlı – 565,8 bal, Kompüter mühəndisliyi.
BANM tələbəsi adını qazanan 3 gənci də təbrik edir, onlara uğurlar arzulayırıq!”, – deyə rektor tələbələri təbrik edib.
JASMİN







