NAZİRLƏR KABİNETİ TAM TƏRKİBDƏ İSTEFAYA GETMƏK İSTƏYİR

Koreya Respublikası Nazirlər Kabinetinin bütün üzvləri altı saatdan az davam edən hərbi vəziyyətin tətbiqindən və ləğvindən sonra Baş nazirə istefa vermək niyyətlərini bildiriblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Çosun İlbo” qəzeti məlumat yayıb.

Baş nazirin ofisi təsdiqləyib ki, “tam tərkibdə kabinet üzvləri” istefa vermək istəyini ifadə ediblər, lakin bu gün keçiriləcək iclasdan sonra qərar veriləcək. Bu zaman prezidentin “Vətəndaş hakimiyyəti” partiyasının rəhbərliyi və prezidentin köməkçiləri hərbi vəziyyətlə bağlı vəziyyəti müzakirə etmək üçün görüş keçirməyi planlaşdırır.

E.ŞİRİNOV

Xəbəri paylaş

15 İyul