Əsas məzmuna keç

Nazir müavini Rauf Hacıyevin oğlu rus blogerlə toy edir – bu gecə Bakıda

rauf nazir oqlu

Rusiyalı bloger Avrora Kibanın bu gün Bakıda toyudur.

Tezadlar.az xəbər verir ki, 20 yaşlı Avrora Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyevlə nikah masasına oturacaq. Cütlüyün toyunun Bakıda hansı məkanda keçiriləcəyi açıqlanmayıb. Onların evlilik xəbəri Rusiya mediasında yayılıb.

Məlumata görə, Avrora ilə Rüstəm bu ilin fevralında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən karnavalda tanış olublar. 8 aydır birlikdə olan cütlük evlənmək qərarına gəlib. Onlar bu yay Bakıda keçirilən “DreamFest”də də birlikdə görüntüləniblər.

Qeyd edək ki, Avrora Kiba bundan əvvəl Rusiyanın Xalq artisti Qriqori Lepslə nişanlı olub. Leps 2024-cü ilin iyununda ona evlilik təklifi edib. İki il davam edən nişanlılıq bu ilin yanvarında ayrılıqla nəticələnib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…