Nazirlər Kabineti Kursk vilayətinin sakinlərini dəstəkləmək üçün əlavə 1,3 milyard rubl ayırıb

Oxunma sayı: 441

Rusiya hökuməti Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan ailələrin mənzil xərclərini kompensasiya etmək üçün 1,3 milyard rubldan çox vəsait ayırıb.

Tezadlar.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

“Hökumət Kursk vilayətinin zərər çəkmiş sakinlərinə maddi yardım göstərməkdə davam edir. Atışmalara görə yaşayış yerlərini tərk etməyə məcbur olmuş ailələrin mənzil kirayəsi xərclərini kompensasiya etmək üçün əlavə 1,3 milyard rubl ayrılıb”, – məlumatda deyilir.

Bildirilir ki, 21 mindən çox ailənin ehtiyat fondundan vəsait alacağı və onların 2025-ci ilin may-iyul ayları üçün kompensasiyaların ödənilməsi nəzərdə tutulub ki, bu da vətəndaşlara mənzil kirayəsi xərclərinin vaxtında ödənilməsinə imkan verəcək.

Bu məsələyə hökumətin aprelin 24-də keçirilən iclasında baxılaraq təsdiq edilib.

Mişustin Maliyyə Nazirliyinə və Tikinti Nazirliyinə vəsaiti mümkün qədər tez bölgəyə çatdırmağı tapşırıb ki, ödənişlər nəzərdə tutulan hər kəs tərəfindən alınsın.

E.ŞİRİNOV

Xəbəri paylaş