Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin əməkdaşları “NB Qrup” ASC-də görüş keçiriblər.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a bildirilib ki, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə keçirilən görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər, təkmilləşdirilmələr barədə məlumat verilib, əməliyyatların sadələşdirilməsi, biznes proseslərin sürətləndirilməsi, vaxt və vəsaitə qənaət edilməsi baxımından reallaşdırılan layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin gömrük əməkdaşları müəssisənin fəaliyyəti ilə tanış olub, xammalın qəbulundan etibarən istehsal prosesinin müxtəlif mərhələlərini əyani şəkildə müşahidə ediblər.
R.XUDATQIZI