Çin sərhədinə yaxın Nepalın Rasuva bölgəsində və ətrafında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 616-ya çatıb.
Çin sərhədinə yaxın Nepal ərazilərində daşqın suları altında qalanların xilas edilməsi səyləri davam edir.
Tezadlar.az xəbər verir ki, CNN-in məlumatına görə, Nepal polisi daşqınlar nəticəsində ölənlərin sayının 616-ya çatdığını bildirib.
Hakimiyyət orqanları fəlakət nəticəsində 2301 nəfərin yaralandığını açıqlayıb və media xəbərlərində sərhədin həm Nepal, həm də Çin tərəflərində xarici vətəndaşlar da daxil olmaqla təxminən 2500 nəfərin hələ də itkin düşdüyü bildirilir.
26 avqustda Nepalın Rasuva bölgəsində baş verən daşqınlar onlarla körpünü dağıdıb, yollara zərər vurub və axtarış-xilasetmə əməliyyatları üçün helikopterlərin cəlb olunmasına səbəb olub.
Çinin Tibet Muxtar Bölgəsində Nepal daşqınları nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Mütəxəssislər buzlaq çökməsinə işarə edirlər
Daşqından əvvəl bölgədə zəlzələnin baş verdiyini bildirən ABŞ Geoloji Xidməti məlumatlarını yeniləyərək 5,2 bal gücündə seysmik aktivliyin mənbəyinin buzlaq çökməsi olduğunu bildirib.
Katmanduda yerləşən Beynəlxalq Dağ İnkişafı Mərkəzinin mütəxəssisləri daşqının dağlıq ərazidən qopan buzlaq parçalarının yaratdığı uçqun nəticəsində baş verdiyini bildiriblər.
ELBAR







