Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1 399 nəfərə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Nepal hakimiyyəti məlumat verib.
Daha əvvəl 1 396 nəfərin öldüyü bildirilmişdi. Gün ərzində zərərçəkmiş səkkiz rayonda aparılan axtarış-xilasetmə işləri zamanı daha üç nəfərin meyiti aşkarlanıb.
Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib, daşqına uçqun səbəb olub. Dağ süxurlarından ibarət güclü axın çay yatağı boyu çox böyük sürətlə 70 km-dən çox məsafə qət edərək geniş ərazinin su altında qalmasına gətirib çıxarıb. Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşmüş sayılır.







