Əsas məzmuna keç

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1342-yə çatıb

Məlumatlara görə, Nepalın Çinlə sərhədi yaxınlığındakı Rasuva bölgəsində və ətrafında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1342-yə çatıb.

Tezadlar.az xəbər verir ki, “Katmandu Post” qəzetinin məlumatına görə, Nepal polisi daşqınlar nəticəsində ölənlərin sayının 1342-yə çatdığını və itkin düşmüş 4886 nəfər üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

Polis bildirib ki, daşqınlarda ölənlərin cəsədləri səkkiz fərqli bölgədən, o cümlədən Çitvanda 360, Qərbi Navalparasidə 230, Şərqi Navalparasidə 222, Nuvakotda 192, Rasuvada 160, Qorxada 73, Dhadinqdə 67 və Tanahunda 38 nəfərdən çıxarılıb.

Polis bildirib ki, axtarış-xilasetmə, yardım paylanması, cəsədlərin çıxarılması və digər təcili əməliyyatlar üçün fəlakət bölgələrinə 7912 zabit göndərilib.

Mütəxəssislər buzlaqların çökməsinə işarə edirlər

26 avqustda Nepalın Rasuva bölgəsində baş verən daşqınlardan sonra onlarla körpü dağılıb, yollar zədələnib və axtarış-xilasetmə əməliyyatları üçün helikopterlər cəlb edilib.

Daşqınlardan əvvəl bölgədə ilk dəfə zəlzələ baş verdiyini bildirən ABŞ Geoloji Xidməti məlumatlarını yeniləyərək 5,2 bal gücündə seysmik aktivliyin mənbəyinin buzlaqların çökməsi olduğunu bildirib.

Katmandunda yerləşən Beynəlxalq Dağ İnkişafı Mərkəzinin mütəxəssisləri daşqınların dağlıq ərazidən qopan buzlaq parçalarının qar uçqunu nəticəsində baş verdiyini bildiriblər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…