26 avqustda Nepalın Çinlə sərhədi yaxınlığındakı Rasuva bölgəsində və ətraf ərazilərdə baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1385-ə çatıb.
Tezadlar.az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatı ABŞ-da yerləşən bir şirkətə məxsus sosial media hesabı vasitəsilə daşqınlarla bağlı son məlumatları yayımlayıb.
Məlumatda ölənlərin sayının 1385-ə çatdığı və itkin düşmüş 5130 nəfər üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Məlumatda həmçinin 21022 təhlükəsizlik işçisinin axtarış-xilasetmə, yardım paylanması, cəsədlərin çıxarılması və digər təcili əməliyyatlar üçün zərər çəkmiş ərazilərə səfərbər edildiyi barədə məlumat paylaşılıb.
13676 nəfərin xilas edildiyi və 337 yaralıya tibbi yardım göstərildiyi bildirilib.
Mütəxəssislər buzlaqların çökməsinə işarə edirlər
26 avqustda Nepalın Rasuva bölgəsində baş verən daşqınlardan sonra onlarla körpü dağılıb, yollar zədələnib və axtarış-xilasetmə əməliyyatları üçün helikopterlər cəlb edilib.
Daşqınlardan əvvəl ərazidə zəlzələ baş verdiyini bildirən ABŞ Geoloji Xidməti məlumatlarını yeniləyərək 5,2 bal gücündə seysmik aktivliyin mənbəyinin buzlaqların çökməsi olduğunu bildirib.
Katmanduda yerləşən Beynəlxalq Dağ İnkişafı Mərkəzinin mütəxəssisləri daşqınların dağlıq ərazidən qopan buzlaq parçalarının qar uçqunu nəticəsində baş verdiyini bildiriblər.
ELBAR







