Tezadlar.az xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan millisinin gənc istedadı Nəriman Axundzadə, transfer olunduğu ABŞ-ın “Columbus Crew” klubundakı təəssüratlarını bölüşüb. Okeanın o tayına yollanan hücumçu, yeni komandasında keçirdiyi ilk günlərdən razı qaldığını bildirib.
Gənc futbolçu yaydığı video-müraciətdə “Columbus Crew” ailəsinin bir üzvü olduğu üçün özünü xoşbəxt hiss etdiyini vurğulayıb. Qeyd edək ki, Nəriman bu yaxınlarda Ağdam təmsilçisindən MLS klubuna keçid edərək karyerasında yeni səhifə açıb.
Səbinə Bağırova






