Əsas məzmuna keç

Nəriman Axundzadə ABŞ-yə yola düşüb

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə transfer olunduğu “Kolambus Kryu” klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-yə yollanıb.

Bu barədə  21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.

Tezadlar.az xəbər verir ki, Forvard bu səhər yola düşüb. Futbolçu ABŞ klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.

N.Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-də olacaq.

Xatırladaq ki, Nəriman Axundzadənin “Kolambus Kryu” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün “Qarabağ”a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…