Əsas məzmuna keç

Nəriman Axundzadədən sonra MLS klubu, “Qarabağ”dan növbəti futbolçunun keçidində maraqlıdır

Nəriman Axundzadəni sıralarına qatan «Kolumbus Kru» daha bir azərbaycanlı futbolçuya elçi düşüb.

23 yaşlı hücumçu ilə müqavilə bağlamış ABŞ klubu bu dəfə də «Qarabağ»ın qapısını döyüb.

MLS təmsilçisi indi də Toral Bayramovun xidmətində maraqlıdır. «Kolumbus Kru» adıçəkilən müdafiəçiyə iddiasını rəsmi surətdə ortaya qoyub.

Ona görə Azərbaycan çempionuna müraciət göndəriblər.

“Qarabağ” yaxınlarda Jeremi Qnalini AEK-dən transfer edib. Kipr klubundan alınan sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…