Nəsimi Nəbizadə müalicə aldığı Narkodispanserdən qaçıb

Bu gün axşam saatlarında Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən qaçdığı iddia olunur. Tezadlar.az xatırladır ki, bu barədə onun müalicə aldığı reabilitasiya mərkəzindən məlumat verilib. Qeyd edilib ki, uzun illər AzTV- də çalışmış tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb. Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər. Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.
Hazırda polis əməkdaşları onun saxlanılaraq mərkəzə qaytarılmasına çalışırlar.
Bu bəlaya düçar olmamaq üçün hər kəs indidən düşünməlidir ki, bu zəhər- zəhrimarı bircə dəfə istifadə edın ömürlük şikəst olur!
Xəbəri paylaş