Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbır verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov təxminın 1 ay 2 həftə əvvəl Kürdəmir RİH- dən çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Lakin iki gün əvvəl o, bu vəzifədən də azad edildi. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
XXX
Qeyd edək ki, E.İbrahimov bu ilin noyabr ayının 12-də müvafiq sərəncamla həmin vəzifəyə təyin edilmişdi. Ötən ay Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimovun işdən çıxarılması haqda bəzi detallar məlum olub. Belə ki, E.İbrahimov Kürdəmirdən bura təyinat alan kimi dərhal özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib. Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub. Bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.
İndi məlum olur ki, Elxan İbrahimov Nəsimi RİH-ə təyinat alandan sonra özünü başqa aləmdə hiss edib, kabinetini rüşvət və başqa …xanalara çevirib. Redaksiyaya daxil olan məlumata görə, Elxan İbrahimov ötən gün Baş Prokurorluğa çağrılıb. Onun Baş Prokurorluğa çağrılmağının səbəbi hələki bilinmir. Lakin ehtimal olunur ki, bu “dəvət” işdən çıxarılmağına səbəb olmuş məsələlərlə bağlıdır… Hazırda bəzi dəqiqləşdirmələr aparırıq.
XXX
DOSYE: Elxan İbrahimov 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, 18 fevral 2022-ci il tarixdən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 47 gün əvvəl isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.
E.İbrahimov Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.
“Təzadlar”