İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivin ətraflarında avtobuslarda baş verən partlayışlarla əlaqədar təcili iclas keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, polisə və Baş Mühafizə Xidmətinə gələcək hücumların qarşısını almaq üçün şəhərlərdə qabaqlayıcı tədbirləri gücləndirməyi əmr edib və İsrail Müdafiə Qüvvələrinə (İMQ) Yəhudeya və Samariyada terror ocaqlarına qarşı böyük əməliyyat keçirməyi tapşırıb.
Bundan əvvəl polis avtobuslarda bir neçə partlayışın baş verdiyini bildirsə də, xəsarət alan olmayıb və üç bomba zərərsizləşdirilib.
ELBAR