Əsas məzmuna keç

Netanyahu İran rejiminin devrilməsini İsrailin əsas vəzifəsi adlandırdı

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin əsas vəzifəsinin İran rejimini devirmək olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, İsrail liderinin sözləri Telegram kanalı Clash Report tərəfindən dərc edilib.

“İlk növbədə, biz İran rejimini devirməliyik. Bu, mənim missiyamdır və bu, bizim əsas vəzifəmizdir”, – Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, əgər İsrail vaxtında İrana zərbə endirməsəydi, yəhudi dövlətinin mövcudluğu təhlükə altında qala bilərdi.

“Əgər biz vaxtında hərəkətə keçib İrana hücum etməsəydik, bu gün burada görüşməzdik – çünki İsrail dövləti mövcud olmaya bilərdi”, – o deyib.

Avqustun sonlarında Səudiyyə Ərəbistanının “Əl-Hadath” televiziya kanalı mənbələrə istinadən ABŞ-nin İsraili İrana zərbə endirməmək barədə xəbərdar etdiyini bildirib. Vaşinqton həmçinin İsrailə Suriya ilə gərginliyi azaltmaq üçün təzyiq göstərir. Öz növbəsində, yəhudi dövləti Amerika tərəfini Qəzza zolağına və Livana zərbələri davam etdirmək planları barədə məlumatlandırır, kanalın həmsöhbətləri əlavə edirlər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…