Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Baş naziri Benyamin Netanyahu bu axşam ABŞ və İran arasında dolayı danışıqlardakı son inkişaflarla bağlı koalisiya tərəfdaşları və yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə təcili toplantı keçirəcək.
Tezadlar.az xəbər verir ki, İsraildəki Kanal 12 televiziyasının məlumatına görə, Netanyahu İranla bağlı məsələləri müzakirə etmək üçün koalisiya hökumətini təşkil edən partiyaların liderləri və təhlükəsizlik bürokratiyası ilə görüşəcək.
TRAMP: RAZILAŞMAYA ÇOX YAXINIQ
ABŞ prezidenti Donald Tramp İranla razılaşmaya “çox yaxın” olduqlarını və danışıqların “hər gün daha da yaxşılaşdığını” açıqlayıb.
İRAN: HƏM UZAQ, HƏM DƏ YAXINIQ
İran Xarici İşlər Nazirliyinin və Danışıqlar Qrupunun sözçüsü İsmail Bəqai Pakistanın vasitəçiliyi ilə davam edən danışıqlarla bağlı aşağıdakı deyib:
“Həm çox uzaqdayıq, həm də razılaşmaya çox yaxınıq. Hələ də mübahisəli məsələlər var. Hazırda anlaşma memorandumunu yekunlaşdırmaq üzərində işləyirik.”
Həmçinin bildirilir ki, Pakistanın Ordu Qərargah rəisi Asim Munir danışıqların bir hissəsi olaraq İran və ABŞ arasında mesaj mübadiləsini asanlaşdırmaq üçün Tehrandadır.
E.ŞİRİNOV