Əsas məzmuna keç

Netanyahu təhlükəsizlik məsələləri ilə bağlı qapalı iclas keçirib

İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələləri ilə bağlı qapalı iclas keçirib. Görüş üç saata yaxın davam edib.

Tezadlar.az xəbər verir ki, bu barədə hökumət başçısının Dəftərxanası məlumat yayıb.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında gələcək fəaliyyət variantlarını təqdim edib. İsrailin Müdafiə Ordusu hərbi-siyasi kabinetin qəbul etdiyi istənilən qərarı icra etməyə hazırdır.

Daha əvvəl “Ynet” saytı mənbələrə istinadən yazıb ki, siyasi rəhbərlik Qəzza zolağının tam işğalı ilə bağlı qərara yaxındır. Mənbələrdən birinə görə, girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib və hərbi yolla həlldən qaçmaq mümkün olmayıb. Eyni zamanda, Baş Qərargah rəisi də daxil olmaqla hərbi rəhbərlik bu addıma qarşı çıxıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…