İsrailin Baş naziri Netanyahu Türkiyəni hədəfə almağa davam edir.
Tezadlar.az xəbər verir ki, televiziyada canlı yayımda çıxış edən Netanyahu deyib: “Türkiyə kimi yeni rəqiblərin ortaya çıxmasının qarşısını almaq üçün hərəkətə keçməliyik”. O, Suriyanı işğal etməsini müdafiə edib.
“TÜRKİYƏ KİMİ RƏQİBLƏRİN QARŞISINI ALMALIYIQ”
Televiziya proqramında çıxış edən Netanyahu bildirib: “Biz əhatə oluna bilən və geniş bir ərazidə sərbəst hərəkət edə bilməyən kiçik bir ölkəyik. Buna görə də, İsraildə baş nazir…” “İsrail Dövlətini xilas etmək, gələcəyini təmin etmək, düşmənlərimizi çəkindirmək, yenidən qurmaq, Türkiyə kimi yeni rəqiblərin və digər elementlərin ətrafımızda toplaşmasının qarşısını almaq qlobal səhnədə fəal rol tələb edir. Mən və həmkarlarım məhz bunu edirik. İsrailin düşmənlərinin nə istədiyinə baxın: Ərdoğan Netanyahunun yıxılmalı olduğunu deyir; Hizbullah da… Naim Qasim də “Netanyahu yıxılmalıdır” deyir. Bunu niyə deyirlər? Çünki onlar başa düşürlər ki, biz onları vuracağıq; işi bitirəcəyik. Digər tərəfdən, onlar həmçinin alternativin zəif, gücsüz bir hökumət olduğunu başa düşürlər.”
27 oktyabr seçkilərinə cəmi həftələr qalmış, rəy sorğularında keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotdan geri qalan Netanyahu seçici bazasını toplamaq üçün “regional düşmən və qorxu” təbliğatına əl atır.
“MÜSTƏQİL FƏLƏSTİN DÖVLƏTİNƏ İCAZƏ VERMƏYƏCƏYİK”
Qəzza zolağının 60%-nə nəzarət etdiklərini bildirən Netanyahu deyib: “Biz Livanın içindəyik, dərin təhlükəsizlik zonamız var. Biz Suriyanın içindəyik. HƏMAS və Hizbullahın məhv edilməsi uzaqda deyil və biz bunu tamamlayacağıq. Beləliklə, tamamlanması lazım olan vəzifələr var və eyni zamanda yeni təhdidlər də var. Bilirsiniz, Ərdoğan bizi və ya məni çox sevmir. Bilirik ki, hələ də böyük nailiyyətlərə meydan oxuyan çətin bir mühitdəyik.”
Netanyahu həmçinin bütün Qəzzanı işğal edə biləcəklərini və heç vaxt müstəqil Fələstin dövlətinə icazə verməyəcəklərini söyləyib.
YENİ MÜHARİBƏ SİQNALI
Canlı yayımda o, 40 il İranla döyüşdüyü və Vaşinqton administrasiyasını öz tərəfinə çəkməyə çalışdığı Amerika televiziyasında saatlarla vaxt keçirdiyi ilə öyünüb. O, regionda yeni bir müharibəni alovlandırmaq niyyətini gizlətməyib.
ELBAR







