NETANYAHU XƏSTƏXANADAN BURAXILIB

Oxunma sayı: 68

İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatdan sonra müalicəsini başa vuraraq xəstəxananı tərk edib.

Tezadlar.az bu barədə Nazirlər Kabinetinin rəhbərinin ofisinə istinadən xəbər verir.

“Baş nazir Benyamin Netanyahu xəstəxanadan buraxılıb”, – deyə məlumatda bildirilir.

Dekabrın 28-də bildirilib ki, müayinə zamanı 75 yaşlı Netanyahuya prostat vəzinin xoşxassəli hiperplaziyası (böyüməsi) nəticəsində yaranan sidik yollarının infeksiyası diaqnozu qoyulub. Dekabrın 29-da məlum olub ki, Netanyahunun prostat vəzinin çıxarılması üçün əməliyyatı uğurla keçib.

Həkimlər Netanyahuya sağalmaq üçün bir neçə gün xəstəxanada yatmağı tövsiyə ediblər, lakin o, dekabrın 31-də Knessetdə vergilərlə bağlı mühüm səsvermədə iştirak etmək üçün klinikanı qısa müddətə tərk edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

22 Aprel