Netanyahunun təyyarəsi İranın cavab hücumu ərəfəsində havada olub

İyunun 13-nə keçən gecə İsrailin baş naziri Binyamin Netanyahunun hökumət təyyarəsi Aralıq dənizi üzərində səmada olub.

Tezadlar.az xəbər verir ki, bunu “Flightradar24”-ün məlumatları sübut edir.

Təyyarə izləmə xidmətinin məlumatına görə, təyyarə suların üzərində 40 dəqiqədən çox dövr edib, bundan sonra, ehtimal ki, transponderini söndürüb və ekranlardan itib.

İsrail hökuməti başçısının hava fəaliyyəti İMQ-nin İrana qarşı “Yüksələn Aslan” adlı genişmiqyaslı hərbi əməliyyatının başlaması ilə eyni vaxta düşüb. Netanyahu özü zərbələri şərh edərək bildirib ki, zərbələr “İranın nüvə zənginləşdirmə proqramının ürəyinə” yönəlib.

Tehrandan dərhal cavab gəlib. İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin zərbəyə görə “cəzalandırılacağını” vəd edib. İslam Respublikasının səlahiyyətliləri də tez və sərt reaksiya ilə bağlı xəbərdarlıq ediblər.

E.ŞİRİNOV  

Xəbəri paylaş

12 İyul