Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2022 / 18:47

NİKOLAYEV VİLAYƏTİNDƏ BELARUS VAQONLARI HƏBS OLUNDU

20 milyon dollarlıq gübrə…

Ukraynanın Nikolayev vilayətində Dövlət Təhqiqat Bürosu 20 milyon dollar dəyərində gübrə olan Belarus vaqonlarını həbs edib.

Bu barədə DTB-nin mətbuat xidməti məlumat yayıb.

“Dövlət İstintaq Bürosu təcavüzkar ölkələrin mülkiyyətinin dövlətimizin xeyrinə müəyyən edilərək müsadirə edilməsi istiqamətində sistemli işləri davam etdirir. Xüsusilə, Nikolayev vilayətində DTB-nin əməkdaşları dəniz limanının ərazisindən 188 vaqon mineral gübrə aşkar ediblər. 77 min ton mal Belarus holdinq şirkətinə məxsus olub. Əmlakın Belarus vaqonları ilə birgə dəyəri  təxminən 20 milyon dollar təşkil edib”, – deyə məlumatda deyilir.

Xatırladaq ki, iki ölkə arasında münasibətlərin daha da pisləşməsinə səbəb Ukraynaya hücumdan sonra Belarus prezidentinin Rusiyanı dəstəkləməsi olub.

Və bu münasibət get-gedə məlum səbəblərdən korlanıb…

Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!