Əsas məzmuna keç

Nigar Bahadırqızının 41 yaşlı qardaşı vəfat edib

Aktrisa Nigar Bahadırqızına ağır itki üz verib.

Tezadlar.az xəbər verir ki, sənətçi qardaşını itirib. O bu haqda danışıb: “Canımın yarısı getdi, qardaşım Vüqarı itirdim. Vüqar 1984-cü ildə doğulub, 3 qız övladı var. Dünən axşam 17:00-da ürək çatışmazlığından vəfat edib. Ən böyük qardaşım idi, 41 yaşı var idi. Çox ağır itkidir. Bu gün artıq vətənə gəlirəm (kövrəlir)” deyə sənətçi bildirib.

Qeyd edək ki, Nigar Bahadırqızı illərdir Türkiyədə yaşayır və orada fəaliyyət göstərir. Akrisa uzun illər Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çalışıb.

Allah rəhmət etsin!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…