Bu günlərdə məşhur türk müğənnisi Nilüferin Bakıda solo konserti oldu. Bakı Ali Neft Məktəbinin 2022-ci il Kimya mühəndisliyi ixtisası üzrə məzunu, hazırda “Technip Energies” şirkətində Proses mühəndisi olaraq çalışan Nilufər Əsgərzadə Türkiyənin tanınmış müğənnisi Nilufərin konsertində səhnəyə çıxaraq ifası ilə tamaşaçıların rəğbətini qazandı.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Taleyin hökmünə baxın, vaxtilə anası Nilufərin mahnılarına görə öz övladına adını verdiyi Nilufər bu gün öz adaşı ilə duet oxudu.
Nilufər vaxtilə BANM-ın musiqi klubunun ən fəal üzvü olubdur. BANM məzunları təkcə akademik uğurları və peşəkar bacarıqları ilə deyil, həm də istedadları ilə seçilərək fərqlənirlər.
Əhsən Nilufər!” , – deyə rektor qeyd edib.
Y.Məmmədli