Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Hazırda ABŞ və İsraillə silahlı münaqişəyə son qoymağa yönəlmiş hər hansı konkret təşəbbüs yoxdur”. Tezadlar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Al Araby Al Jadeed” nəşrinə müsahibəsində deyib. “Hazırda müharibəni dayandırmaq üçün konkret bir təşəbbüs təklif olunmayıb. Lakin biz münaqişənin ədalətli şəkildə başa çatmasına gətirib çıxaracaq istənilən regional təşəbbüsü alqışlayırıq”, – deyə o vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai isə CGTN telekanalına müsahibəsində bildirib ki, İran danışıqlardan heç vaxt imtina etməyib və diplomatiyaya sadiqliyini nümayiş etdirib: “Lakin hazırda ABŞ və İsrail tərəfindən hücumlara məruz qalan ölkə üçün əsas prioritet sərhədlərin, ərazinin və əhalinin qorunmasıdır”. Bəqai əlavə edib ki, Tehran regionda müharibəyə səbəb olan ölkələrin məsuliyyətə cəlb olunmasını zəruri hesab edir. İran həmçinin danışıqlar üçün ABŞ-dən hücum etməmək zəmanəti, kompensasiya və nüvə yanacağı dövriyyəsi hüququnun tanınmasını tələb edir.
Müharibə isə davam edir? İran yenidən danışıqlara cəhd edir, amma Tramp DA bildirib ki, ölkəsi bu danışıqlarda İranı hazır görmür…
SƏBUHİ