Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyun 2026 / 10:57

Niyə İcra şöbələrinə qarşı məhkəməyə elektron qaydada şikayət mümkünsüzdür?

Tezadlar.az xatırladır ki, tanınmış vəkil Əkrəm Həsənov bu suala belə cavab verir: “…O hansı dövlət qurumudur ki, ona qarşı məhkəməyə elektron qaydada müraciət etmək mümkün deyil? İcra şöbələri! Səbəb də bəsitdir. Elektron Məhkəmə Sistemində müraciətin iki forması var: iddia və şikayət. İddianı hər kəsə (icra şöbələrindən başqa) qarşı irəli sürmək olar. Şikayət isə yalnız məhkəmə aktlarından verilə bilər. Qanunvericiliyə görə isə icra şöbələrinin icra işləri (məsələn, məhkəmənin icra vərəqəsinin icrası) üzrə hərəkətləri (hərəkətsizliyi) və qərarlarından yalnız şikayət verilə bilər. Buna görə də Elektron Məhkəmə Sistemi ilə mümkün deyil: orada texniki olaraq bu nəzərdə tutulmayıb. Sadəcə unudulub! Elektron Məhkəmə Sisteminin əvvəlki (bu ilin Novruz bayramınadək) versiyasında da belə idi, guya təkmilləşdirilmiş, amma indiyədək tam işlək olmayan (işlər üzrə bildirişlər hələ də istifadəçilərə, o cümlədən vəkillərə gəlmir və hamı əziyyət çəkir) yeni versiyasında da belədir. Bax, yenə sual verirəm: bu yeni və bərbad versiya onda nəyə lazım idi axı, əgər əvvəlki elementar problemlər həllini tapmayıbsa? Əvvəlki versiya daha bərbad formada və sadəcə yeni dizaynda istifadəyə verilib! Yeni versiyaya bu qədər pul dizayna görə xərclənib?
P.S. Bu gün Sabunçu və Qax rayon icra şöbələrinin qərarlarından şikayətlər göndərmişəm dədə-baba üsulu (kağız formada) ilə. Hər ehtimala qarşı Məhkəmə-Hüquq Şurasının qaynar xətti ilə əlaqə saxlayıb bir daha dəqiqləşdirdim ki, elektron qaydada verə bilərəm, ya yox, cavab verdilər ki, yox…”.
Bəs niyə yox??? Bunun cavabı tapılmalıdır… Ona görə də İcra məməurları bəzən özünü tamamilə fərqli aparır… Sirr deyil ki, sərf olunan məhkəmə qərarları dərhal icra edilir, tələbkar şöbələrə çağırılır və s. Amma sərf etməyən məhkəmə qərarları bəzən illərlə icra olunmur…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!