Niyə rayonda sanuzel tikən də icazəni Arxitektura Komitəsindən almalıdır?! – Razi Nurullayev vətəndaşların problemlərindən danışdı

Oxunma sayı: 67

Qanunsuz tikililərlə və vətəndaşların tikinti sahəsində üzləşdiyi problemlərlə bağlı hesabatda məlumatlar və təkliflər yer alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə MCP lideri, deputat Razi Nurullayev Milli Məclisdəki çıxışı zamanı deyib.

“Yerlərdə tikintilərə icazə ilə bağlı ciddi problemlər var. İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Bunu doğru saymıram! Bizlər də ciddi problemlərlə üzləşir və hər bir kiçik məsələnin həlli üçün mərkəzi icra orqanlarına üz tutmalı oluruq. Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə malına tövlə tikirsə, aldığı 5-10 hektarlıq sahədə iş görmək üçün müvəqqəti  – el dilindi desək “qaraldırsa”, niyə icazəni Bakıdan almalıdır? Məgər bir nəfər həyətinə hasar çəkirsə, evinə artırma edirsə, balaca bir köşk, hətta sanitar qovşaq tikirsə belə, icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd deyilmi?! Bu, məntiqə söykənməyən yanaşmadır. Vətəndaşlar arasında ciddi narazılıq yaradır. Bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var. Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır”, – deyə R.Nurullayev diqqətə çatdırıb.

 

 

JASMİN

 

 

Xəbəri paylaş

17 Aprel