Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi bu gün qeyd olunur. Tezadlar.az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi tanınır. Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar. Yel çərşənbəsi martın 10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.
Bu il Yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Əsas odur ki, bu ilki Novruz da 34 ildən sonra Qarabağın hər yerində qeyd ediləcək!